...

Cəbhə xəttində atəşkəs növbəti dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2012 09:29 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində atəşkəs növbəti dəfə pozulub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Cəbhə xəttində atəşkəs növbəti dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Mərzili və Yusifcanlı, Tərtər rayonunun Çiləbürt və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti