...

Təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2012 13:52 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, çərşənbə günü Azərbaycanın Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.
Təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 10 oktyabr / Trend müxbir M.Əliyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, çərşənbə günü Azərbaycanın Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti