...

Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2012 15:33 (UTC +04:00)
Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və ABŞ dövlət katibinin müavini Filip Qordon arasında görüş keçirlib. Oktyabrın 11-də baş tutan görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və ABŞ dövlət katibinin müavini Filip Qordon arasında görüş keçirlib. Oktyabrın 11-də baş tutan görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. Bu barədə Trend Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Görüş zamanı Gürcüstanda parlament seçkilərinin Cənubi Qafqaz regionuna təsiri, rəsmi Tbilisinin qonşu dövlətlərlə münasibətlərinin vəziyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Həmçinin, Rusiya və ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin inkişafı məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti