...

Azərbaycan işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısını almaq üçün işləri gücləndirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2012 15:37 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısını almaq üçün işləri gücləndirəcək.
Azərbaycan işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısını almaq üçün işləri gücləndirəcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısını almaq üçün işləri gücləndirəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Abdullayev qeyd edib ki, Azərbaycanın xaricdəki diplomatik missiyalarına bu istiqamətdə işləri gücləndirməklə bağlı tapşırıq verilib.

Onun sözlərinə görə, Azərbaycan XİN bu yaxınlarda litvalı musiqiçilərin Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etmələri ilə əlaqədar Litva Xarici İşlər Nazirliyinə narazılığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti