...

Türkiyə XİN: İşğal edilmiş Xankəndində aeroportun açılması yolverilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2012 16:27 (UTC +04:00)
Türkiyə Xankəndində qanunsuz olaraq aeroportun açılması məsələsində Azərbaycanın mövqeyini bölüşür.
Türkiyə XİN: İşğal edilmiş Xankəndində aeroportun açılması yolverilməzdir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir S.Ağayeva/

Türkiyə Xankəndində qanunsuz olaraq aeroportun açılması məsələsində Azərbaycanın mövqeyini bölüşür. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

"Xankəndində aeroport açmaq niyyəti mənfi addımdır. Əsas məqsəd münaqişənin sülh yolu ilə nizamlanması olmalıdır", - Davudoğlu qeyd edib.

Onun sözlərinə görə, Türkiyə artıq bu hərəkəti pisləyib və bəyan edib ki, belə addım yolverilməzdir.

"Bu addım Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə zərər verə bilər. Biz bu məsələdə Azərbaycanın yanındayıq və onu dəstəkləyəcəyik", - nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti