...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2012 14:05 (UTC +04:00)
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçiriblər.
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 23-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində keçirdiyi monitorinq baş tutub.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti