...

Azərbaycan Parlamentinin deputatları ön cəbhədəki vəziyyəti dəyərləndiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2012 15:19 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar Musa Quliyev, Bəxtiyar Sadıqov, Arif Rəhimzadə və Sahibə Qafarovanın daxil olduğu nümayəndə heyəti Tərtərdə hərbi qərargahda olub, hərbi hissənin atəş hazırlığı poliqonunda əsgərlərin müxtəlif çaplı silahlardan atəşlərini müşahidə edib, daha sonra isə Şıxlı və Qapanlı kəndində ön cəbhədə xidmət edən əsgərlərin vəziyyəti, yaşayış şəraiti ilə tanış olub.
Azərbaycan Parlamentinin deputatları ön cəbhədəki vəziyyəti dəyərləndiriblər

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Milli Məclisin bir qrup deputatı, hüquq müdafiəçiləri və jurnalistlər Tərtər rayonunda ön cəbhədə xidmət edən əsgərlərə baş çəkiblər.

Trend-in məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar Musa Quliyev, Bəxtiyar Sadıqov, Arif Rəhimzadə və Sahibə Qafarovanın daxil olduğu nümayəndə heyəti Tərtərdə hərbi qərargahda olub, hərbi hissənin atəş hazırlığı poliqonunda əsgərlərin müxtəlif çaplı silahlardan atəşlərini müşahidə edib, daha sonra isə Şıxlı və Qapanlı kəndində ön cəbhədə xidmət edən əsgərlərin vəziyyəti, yaşayış şəraiti ilə tanış olub.

Görüşlərdən sonra Bahar Muradova əsgərlərdəki döyüş ruhunu yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edib və bu inkişaf özünü ordunun müasirləşməsində də göstərir.

"Azərbaycanda orduya ayrılan vəsait heç də digər ölkələrin büdcəsindən orduya ayrılan vəsaiti üstələmir. İndi biz nə edək ki, Ermənistan rəhbərliyi özünün qeyri-konstruktiv siyasəti ilə öz ölkəsini, xalqını problemlər məngənəsində saxlayır? Orada nəinki inkişaf getmir, vəziyyət günbəgün pisləşir. Orada insanların hakimiyyətə inamı azalır. Ona görə də bizə qarşı qeyri-obyektiv ittihamlar səsləndirirlər. Bu bizi narahat etmir, biz ölkəmizi inkişaf etdiririk, o cümlədən bu çərçivədə ordunu da inkişaf etdiririk", - vitse-spiker deyib.

Muradova vurğulayıb ki, Ali Baş Komandan əmr verəcəyi halda, Azərbaycan Ordusu qarşısında duran vəzifəni ildırım sürəti ilə yerinə yetirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti