...

Ermənistan hərbiçiləri yenidən atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2013 09:43 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan hərbiçiləri yenidən atəşkəsi pozublar

Azərbaycan, Bakı, 01 fevral /Trend, müxbir İ.İzzət/

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Şirvanlı və Şıxlar, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti