...

Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2013 09:36 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri bazar günü cəbhə xəttində mövqelərimizi atəşə tutublar.
Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Ermənistan Silahlı Qüvvələri bazar günü cəbhə xəttində mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti