...

Azərbaycan Ordusunun zabiti və əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2013 16:51 (UTC +04:00)
Bu gün daha iki hərbçimiz erməni gülləsinə tuş gələrək şəhid olub.
Azərbaycan Ordusunun zabiti və əsgəri şəhid olub

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Bu gün iki hərbçimiz erməni gülləsinə tuş gələrək şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun leytenantı Tural Nadir oğlu Əsgərov şəhid olub. O, aldığı güllə yarasından həlak olub.

Bundan əlavə, Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Əlizadə Sənan Dövlət oğlu şəhid olub.

Qeyd edək ki, əsgər Sənan Əlizadə Cəlilabad rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti