...

Ukrayna Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dialoqu üçün ATƏT-i unikal platforma hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2013 12:10 (UTC +04:00)
Ukrayna Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dialoqu üçün ATƏT-i unikal platforma hesab edir.
Ukrayna Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dialoqu üçün ATƏT-i unikal platforma hesab edir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir S.Ağayeva/

Ukrayna Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dialoqu üçün ATƏT-i unikal platforma hesab edir. Trend-in məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ikitərəfli münasibətlərin qurulmasının 21-ci ildönümü ilə əlaqədar çərşənbə günü keçirilən brifinqdə bəyan edib.

"Ukraynanın ATƏT-ə sədrliyinin ən əsas prioritetlərindən biri ATƏT məkanında həlli yubanan ərazi münaqişələrinin həllinə yardım etməkdir", - Mişenko bildirib.

Onun sözlərinə görə, Ukrayna hazırkı format çərçivəsində danışıqlarda irəliləyiş əldə etmək yolu ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında tərəqqiyə nail olmağa çalışacaq.

Səfirin sözlərinə görə, Ukrayna XİN-in rəhbəri, ATƏT-in hazırkı sədri Leonid Kojara bu məsələləri cari ilin birinci yarısında Azərbaycana səfəri zamanı müzakirə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti