...

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2013 09:55 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyət gərgin olaraq qalır.
Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyət gərgin olaraq qalır.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti