...

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıyıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2013 08:05 (UTC +04:00)
Fevralın 8-də ABŞ-in Arkanzas Ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyıb. Trend Arkanzas Ştatının qanunverici orqanın rəsmi saytına istinadən xəbər verir ki, qurum Xocalı hadisəsini soyqırım kimi tanınması barədə qətnamə qəbul edib.
ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıyıb

Azərbaycan, Bakı, 11 fevral / Trend müxbir E. Qəzvini/

Fevralın 8-də ABŞ-ın Arkanzas Ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyıb. Trend Arkanzas Ştatının qanunverici orqanın rəsmi saytına istinadən xəbər verir ki, qurum Xocalı hadisəsini soyqırım kimi tanınması barədə qətnamə qəbul edib. Sözü gedən qətnamə layihəsi Jonathan Barnett və Karen Hopper tərəfindən Nümayəndələr palatasının gündəliyinə təqdim olunub.

Sənəddə qeyd olunub ki,1992-ci ilin 25-26 fevralinda ermənistan silahlı qüvvələri və rus qoşunları Dağlıq Qarabağda Xocalı şəhərinə hücum edib. Bu vaxt Azərbaycan əhalisi kütləvi qırğına məruz qalıb və mindən çox insan öldürülüb. Qətlə yetirilənlərin əksəriyyətinin isə qadın və uşaqların olduğu bildirilir.

Xatırladaq ki, bundan öncə ABŞ-ın bir neçə Ştatı da Xocalı soyqırımını tanıyıb.

http://www.arkleg.state.ar.us/assembly/2013/2013R/Bills/HR1004.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti