...

Almaniyada Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2013 12:12 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, Azərbaycanın Almaniyadakı Səfirliyi və Almaniya Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçiriləcək.
Almaniyada Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək

Azərbaycan, bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

Almaniyada Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, Azərbaycanın Almaniyadakı Səfirliyi və Almaniya Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçiriləcək.

Fevral ayının 24-dən etibarən 3 gün ərzində şəhər ətrafı və şəhər içi 89 ədəd sərnişin nəqliyyatının monitorlarında "Azərbaycan Xocalı faciəsi qurbanlarının xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad edir"; "Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam" ifadələri səhər saat 06:00-dan gecə saat 00:00-dək davamlı olaraq sərnişinlərə nümayiş olunacaq.

Monitorlarda yayımlanan ifadələri orta hesabla 450-500 min sərnişinin izləməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti