...

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Brüsseldə yürüş keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2013 13:40 (UTC +04:00)
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Belçika Azərbaycanlıları Cəmiyyətinin və Azərbaycan Tələbələr Forumunun birgə təşkilatçılığı ilə fevralın 26-da saat 16:00-da "Xocalıya Ədalət" şüarı altında yürüş mitinq keçiriləcək.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Brüsseldə yürüş keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Belçika Azərbaycanlıları Cəmiyyətinin və Azərbaycan Tələbələr Forumunun birgə təşkilatçılığı ilə fevralın 26-da saat 16:00-da "Xocalıya Ədalət" şüarı altında yürüş mitinq keçiriləcək.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, yürüş Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Ermənistan səfirliyi önündən başlayacaq və Avropa Komissiyası qarşısında bitəcək.

"Aksiyanın keçirməklə tələbimiz Avropa Birliyinin bu hadisəni soyqrım aktı kimi qəbul etməsi və bu məsələyə hüquqi qiymət verməsidir. Yürüşə Belçikada, eləcə də Avropa məkanının digər ölkələrində yaşayan azərbaycanlıların da qatılacağı gözləniləndir", - məlumatda deyilir.

Yürüşdə Belçikada yaşayan gənclərimizə erməni terrorunu əks etdirən köynəklər paylanılacaq, eyni zamanda, 500-ə qədər Xocalı faciəsini anladan ingilis və fransız dillərində bukletlər yürüş boyunca şəhər sakinlərinə paylanacaq. Yürüş üçün icazəni isə Brüssel polisi rəsmən verib. Yürüşdə təhlükəsizliyin təmin olunması üçün polis aksiya iştirakçılarını yürüş başlayan saatdan sona qədər müşayiət edəcək.

Aksiya Avropa Parlamentinə, Avropa İttifaqına müraciətin oxunması ilə bitəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti