...

Vladimir Doroxin: Rusiya Cənubi Qafqazda sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2013 17:07 (UTC +04:00)
Rusiya Cənubi Qafqazda sabitliyi poza biləcək istənilən hərəkətin əleyhinədir.
Vladimir Doroxin: Rusiya Cənubi Qafqazda sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Cənubi Qafqazda sabitliyi poza biləcək istənilən hərəkətin əleyhinədir. Trend-in məlumatına görə, bu barədə Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin ermənilərin işğal etdikləri ərazilərdə aeroportun açılması planları barədə suala cavab verərkən bildirib.

"Bu məsələ ilə bağlı Rusiyanın da üzvü olduğu ATƏT-in Minsk qrupunun mövqeyi mövcuddur. Sabitliyi pozan istənilən fəaliyyət yolverilməzdir", - səfir bildirib.

Səfirin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsində vasitəçilərdən və başlıca nizamlama vasitələrindən olan Minsk qrupunun həmsədrlərindən biri olaraq qalır.

"Nizamlanmanın müxtəlif mərhələləri və ölkənin müxtəlif səviyyəli danışıqlarda iştirakı olur, lakin problemin anlaşılması Rusiyada qalır və Prezident Vladimir Putin problemləri əla bilir. Ona danışıqların gedişi barədə məlumat verilib", - Doroxin bildirib.

Səfirin sözlərinə görə, Rusiyanın hədəfi tərəflərə münaqişənin dinc yolla nizamlanmasına nail olmaqda kömək etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti