...

Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2013 09:48 (UTC +04:00)
Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar.
Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir M.Əliyev/

Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Mərzili və Sarıcalı, Füzuli rayonunun Horadiz, Qorqan və Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti