...

Ermənistan və Dağlıq Qarabağ separatçıları Azərbaycanın işğal edilmiş ərazilərində hərbi iştiraklarını möhkəmləndirməyi planlaşdırırlar - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2013 18:58 (UTC +04:00)
Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizamlamaq və Azərbaycan icması ilə birlikdə yaşamaq istəmir, hətta gələcəkdə separatçı rejim və onların arxasında dayanan erməni lobbisinin planı üzrə Azərbaycanın işğal edilmiş ərazilərində hərbi iştiraklarını möhkəmləndirəcək hərbi kadrlar hazırlamaq niyyətindədirlər.
Ermənistan və Dağlıq Qarabağ separatçıları Azərbaycanın işğal edilmiş ərazilərində hərbi iştiraklarını möhkəmləndirməyi planlaşdırırlar - politoloq

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir S.Ağayeva/

Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizamlamaq və Azərbaycan icması ilə birlikdə yaşamaq istəmir, hətta gələcəkdə separatçı rejim və onların arxasında dayanan erməni lobbisinin planı üzrə Azərbaycanın işğal edilmiş ərazilərində hərbi iştiraklarını möhkəmləndirəcək hərbi kadrlar hazırlamaq niyyətindədirlər.

Trend-ə bu barədə bazar ertəsi Trend-in Ekspert Şurasının üzvü, Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov Ermənistan KİV-in Dağlıq Qarabağda A.Suvorovun adını daşıyacaq hərbi məktəbin açılmasına dair planlar haqqında yaydığı məlumatı şərh edərkən deyib.

Sadıxovun sözlərinə görə, Azərbaycan təəssüf ki, özünün müstəqillik illərində Ermənistanın və bəzi qonşu ölkələrin xeyli sayda qərəzli bəyanatları, düşmənçilik aksiyaları ilə üzləşir. Azərbaycan Ermənistan ilə müharibə vəziyyətində olmaqla qərəzçilik obyektinə çevrilib.

Müstəqil Azərbaycanın çiçəklənməsi və inkişafını qəbul etməyən bəzi islamofob ölkələr ölkəni hədəf kimi seçiblər.

"Hamıya bu qüvvələr məlumdur: bunlar Ermənistanın və erməniyönümlü dairələrin maraqlarına imkan yaradan müxtəlif islamofob mərkəzləri, ölkələridir. Biz yaxşı başa düşürük ki, islamofobiya yönümlü ölkələr və çox güclü, zəngin erməni diasporu ilə üzləşmişik", - politoloq bildirib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanın ünvanına hərbiləşdirilmə ilə bağlı yeni ittiham dalğası başlayıb ki, bu da təsadüfi deyil. Sadıxovun fikrincə, bu onunla əlaqədardır ki, Azərbaycanın inkişafı müəyyən ölkə və dairələri xeyli qıcıqlandırır.

"Azərbaycan alçalmayacaq, öllə aydın və birmənalı olaraq bir sıra məsələlər üzrə dəqiq və şəffaf mövqeyini bildirir və Ermənistan ilə münaqişədə dünyanın qabaqcıl ölkələrinin sövq etdiyi güzəştlərə getmir", - o qeyd edib.

Politoloqun sözlərinə görə, Azərbaycanın hər hansı dövlətin ərazisinə iddiası yoxdur.

"Biz heç vaxt deməmişik ki, qonşu ölkələri işğal etməyə və hədəfə çevirməyə çalışırıq. Söhbət yalnız öz ərazilərimizin azad edilməsindən gedir", - Sadıxov bildirib.

Onun sözlərinə görə, üstəlik, rəsmi Bakı Avropa prinsiplərinə uyğun olaraq, münaqişənin müxtəlif həll yollarını dəfələrlə təklif edib.

Politoloq hesab edir ki, Dağlıq Qarabağda hərbi məktəbin açılması bu gün Ermənistan və Dağlıq Qarabağın özündə baş verən hərbiləşdirmənin çox aydın və ciddi nümunəsidir.

"Başa düşə bilmirəm ki, Suvorovun Dağlıq Qarabağ ermənilərinə nə aidiyyəti var, lakin, görünür, hər hansı hərbi sərkərdəyə həvəs Dağlıq Qarabağda bəzi "qaynar" başlara rahatlıq vermir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti