...

ABŞ-da Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üzrə kampaniya başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2013 11:35 (UTC +04:00)
ABŞ-da Azərbaycan -Amerika Alyansı Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə kampaniya çərçivəsində tədbirlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Heraldonline" saytı xəbər verir.
ABŞ-da Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üzrə kampaniya başlayıb

Azərbaycan, Bakı, 19 fevral / Trend, müxbir E.Tarıverdiyeva /

ABŞ-da Azərbaycan -Amerika Alyansı Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə kampaniya çərçivəsində tədbirlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Heraldonline" saytı xəbər verir.

Kampaniyaya yanvarın 18-də start verilib. Həmin vaxt Amerika vətəndaşlarının Xocalı faciəsi ilə bağlı məlumatılandırılması üçün bir sıra multimedia layihələri hazırlanıb.

Nəşr multimedia kampaniyasının təsirinin Vaşinqtonda, Kolumbiya dairəsində və Nyu-Yorkda daha çox hiss olunacağını yazır.

Çunki həmin ərazilərdə "Xocalı... Azərbaycana qarşı insan faciəsi" başlığı ilə plakatlar metroda, avtobus dayanacaqlarında, stasionar və hərəkət edən reklam sipərlərində yerləşdiriləcək.

Azərbaycan -Amerika Alyansı Vaşinqtonun küçələrində "Tayms-skver"də yerləşən binaya və Nyu-Yorkda BMT-nin yerləşdiyi binaya təsviri proyeksiya ediləcək Xocalı hadisələri haqqında məlumatlardan ibarət çıraqban posterləri yerləşdirəcək.

Nəşrin yazdığına görə, ictimaiyyətin məlumatlandırılması ilə bağlı kampaniya bir neçə həftə davam edəcək.

"Vaşinqton Post" qəzeti yazır ki, Alyans ABŞ Prezidenti Barak Obamanı, ABŞ Dövlət Departamentini, ABŞ Konqresini və Amerika ictimaiyyətini Xocalı soyqırımı haqqında daha çox məlumat əldə etməyə çağırır. Çünki Azərbaycan ABŞ-ın dostu və tərəfdaşıdır və dünyanın geosiyasi baxımdan mühüm hissəsində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti