...

Natali Qule: Ermənistanda keçirilən seçkilərin nəticələri qələbə kimi qiymətləndirilə bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2013 12:00 (UTC +04:00)
"Ermənistanda keçirilən seçkilərin nəticələri, rəqabətin olmaması ilə bağlı qələbə kimi qiymətləndirilə bilməz", - bu barədə çərşənbə günü Trend-ə açıqlamasında Fransa parlamentinin deputatı Natali Qule bildirib.
Natali Qule: Ermənistanda keçirilən seçkilərin nəticələri qələbə kimi qiymətləndirilə bilməz

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbirlər E.Tarıverdiyeva, A.Bədəlova/

"Ermənistanda keçirilən seçkilərin nəticələri, rəqabətin olmamasına rəğmən qələbə kimi qiymətləndirilə bilməz", - bu barədə çərşənbə günü Trend-ə açıqlamasında Fransa Parlamentinin deputatı Natali Qule bildirib.

"Əslində Ermənistanda real hakimiyyət Rusiyaya məxsusdur. Seçkilər zamanı ermənilərin suverenlik hüquqları tanınmadı. Əksinə bu hüquq Ermənistan əhalisi və xalqından alınıb", - deyə Qule bildirib.

Onun sözlərinə görə, seçkiqabağı kampaniyada Xocalı aeroportunun açılması və s. bəyanatlar nəzərə alınarsa, seçkilərin nəticələri Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə səbəb olmayacaq.

"Ermənistan Moskvanın əlində oyuncaqdır və oyuncaq olaraq da qalacaq.Ümid edirəm ki, real dəyişiklik Ermənistan cəmiyyətinin özündən gələcək. Zənn edirəm ki, vətəndaş cəmiyyəti həqiqi demokratiyaya nail ola biləcək və Avropa Şurası da bu işdə ona kömək edə biləcək", - Qule deyib.

Onun sözlərinə görə, lakin indi regionda vəziyyət təhdidedicidir və ATƏT-in MQ ermənilərin təxribatlarının qarşısını almaqdan ötrü səylə çalışır.

"Onlardan biri Ermənistan hökumətinin erməni mənşəli Suriyadan olan qaçqınları işğal edilmiş Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonlarında yerləşdirmək istəyidir", - Qule deyib.

Ermənistan KİV yaxın vaxtlarda Xocalı aeroportunun açılacağı barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti