...

Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olnmuş sərgi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2013 16:45 (UTC +04:00)
"Berlin-Bakı" rəsm qalereyasında "Xocalı soyqırımı gənc rəssamların gözü ilə" adlı rəsm sərgisi keçiriləcək.
Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olnmuş sərgi keçiriləcək

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

"Berlin-Bakı" rəsm qalereyasında "Xocalı soyqırımı gənc rəssamların gözü ilə" adlı rəsm sərgisi keçiriləcək.

Dünya Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Birlik, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə Azərbaycan Rəssamlar İttifaqının gənc rəssam üzvlərinin və Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin müxtəlif janrlarda hazırladıqları əsərlər nümayiş olunacaq.

Sərginin keçirilməsində əsas məqsəd 21 il öncə dinc Xocalı əhalisinin ermənilər tərəfindən vəhşicəsinə soyqırıma məruz qalması faktını yerli ictimaiyyətə çatdırmaq və bu faciəyə laqeyd qalmamağa çağırmaqdır.

Sərgidə Almaniyanın müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai xadimlərinin, diplomatik korpusun nümayəndələrinin, eləcə də Almaniyada yaşayan azərbaycanlıların iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti