...

ATƏT cəbhə xəttində yaranan gərginliyi araşdıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 10:10 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 22-də Azərbaycan Respublikasının Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT cəbhə xəttində yaranan gərginliyi araşdıracaq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 22-də Azərbaycan Respublikasının Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Trend-ə daxil olan məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov, eləcə də ofisin maliyyə administrasiyasının rəhbəri Conatan Ferrabi keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti