...

"Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" Qarabağa yürüş olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 14:17 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilir.
"Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" Qarabağa yürüş olacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilir.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 22 fevral 2013-cü il tarixində Ağdamda, təmas xəttinin yaxınlığında bununla bağlı yürüş-tədbir keçiriləcək. Tədbirdə vaxtilə Ağdam "Cümə" məscidindən verilmiş tarixi azanın yenidən səsləndirilməsi nəzərdə tutulub.

Artıq "Haqqın və haqqımızın səsi" adlı Facebook səhifəsi (http://www.facebook.com/QarabagaDogruHaqqinVHaqqimizinSsi) və eyniadlı Twitter hesabı (https://twitter.com/Haqqimizinsesi) açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti