...

Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 16:04 (UTC +04:00)
Fevralın 26-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək.
Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Fevralın 26-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək.

Cəmiyyətdən Trend-ə daxil olan məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, "beyin mərkəzləri"nin təmsilçiləri, həmçinin media nümayəndələri iştirak edəcək.

Tədbirdə Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq. Avropa İttifaqının üzv dövlətləri Çexiya və Rumıniya parlamentlərində Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət kimi tanınması barədə qəbul olunmuş qərarların əhəmiyyəti də vurğulanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti