• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

22 Fevral 2013 10:38 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Millət vəkili Qənirə Paşayeva İzmirdə Xocalı soyqırımı ilə bağlı tədbirdə "bu soyqırımı törədənlər ədalət qarşısında cavab verməlidir" deyib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Trend-ə verdiyi məlumata görə, o çoxlu sayda insanın iştirak etdiyi Xocalı soyqırımı ilə bağlı tədbirdəki çıxışın bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir.

Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən millət vəkili Qənirə Paşayeva qedy edib ki, Xocalı soyqırımını törədənlər təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməlidirlər: "Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur."

Qənirə Paşayeva deyib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - deyə millət vəkili əlavə edib.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü deyən Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən DAK başqan yardımçısı Asif Qurban ermənilərin tarix boyu türklərə qarşı soyqırım siyasəti yürütdüklərini, Xocalı Soyqırımının bütün türklərə qarşı bir soyqırım olduğunu bildirdi və erməni yalanlarına qarşı mübarizədə Azərbaycan ilə Türkiyə arasında birliyin və bərabərliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəhbəri Turgut Aran, Azərbaycan Öyrəncilər Təmsilçisi Cavid Əliyev, TİMUB başqanı Çingiz Bayramov,Doc.dr Vəfa Qurban, professor Kamal Arı və başqaları çıxış edərək bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdilər və Xocalı Soyqırımının beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində hər bir türk insanın üzərinə düşən vəzifələrdən danışıblar və bu istiqamətdə birgə fəaliyyətin aparılmasının vacibliyini qeyd ediblər. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyi də vurğulanıb.

Tədbirin sonunda konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • İzmir
  • Xocalı soyqırımı
  • Qənirə Paşayeva
Azernews Newspaper
Digər xəbərlər
Pakistan mətbuatı Xocalı soyqırımından yazıb (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 21 Aprel 13:54
Özbəkistanda özbək dilində Xocalı soyqırımı haqında kitab nəşr olunub
Dağlıq Qarabağ Münaqişəsi 17 Aprel 11:56
Millət vəkili Qənirə Paşayeva BSU-da 31 Mart soyqırımı ilə bağlı çıxış edib (FOTO)
Siyasət 31 Mart 14:36
Aydın Mirzəzadə: Erməni millətçiləri Xocalı soyqırımını törətməklə öz üzərilərinə necə ağır yük götürdüklərini dərk edirlər
Siyasət 4 Mart 09:00
ABŞ-dakı erməni lobbisinin rəhbərlərindən biri Xocalı qətliamının Ermənistan qoşunları tərəfindən törədildiyini etiraf edib
Siyasət 2 Mart 10:35
İzmirdə ümummilli lider Heydər Əliyevin büstü açılıb
Siyasət 1 Mart 12:51
Xocalı soyqırımına həsr olunmuş film “Kanal Avrupa”da nümayiş etdirilib (FOTO)
Gündəm 28 Fevral 22:31
İran Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur
Siyasət 28 Fevral 11:32
Vaşinqtonda Xocalı qurbanlarına həsr olunan sülh laylası (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 28 Fevral 08:36
ABŞ Konqresinin daha bir üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verdi
Dağlıq Qarabağ Münaqişəsi 28 Fevral 07:42
ABŞ-ın Boston şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb
Dağlıq Qarabağ Münaqişəsi 28 Fevral 03:27
Zaqrebdə Xocalı soyqırımının 26-cı ildönümü anılıb (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 27 Fevral 20:15
Vaşinqtonda Xocalı qətliamının ildönümünə həsr olunmuş anım konserti keçirilib (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 27 Fevral 19:45
Binəli Yıldırım: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür
Nəzər nöqtəsi 27 Fevral 18:25
Azərbaycan millət vəkilinə Kastamonu Universitetinin Fəxri Doktorluğu verilib (FOTO)
Cəmiyyət 27 Fevral 17:54
Dövlət Bahçeli: Ermənistan bilsin ki, Azərbaycan öz torpaqlarını işğaldan mütləq azad edəcək
Siyasət 27 Fevral 11:59
Deputat: Xocalı soyqırımı videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir
Siyasət 26 Fevral 21:30
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Cəmiyyət 26 Fevral 17:07
Ən çox oxunanlar
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Artıq “WhatsApp”a hamı daxil ola bilməyəcək - Yaş həddi...
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter