...

"Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 13:42 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə Ağdamın Quzanlı qəsəbəsində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilib.
"Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə Ağdamın Quzanlı qəsəbəsində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilib.

Trend-in məlumatına görə, layihə çərçivəsində fevralın 22-də Ağdamda, təmas xəttinin yaxınlığında bununla bağlı yürüş-tədbir keçirilib, vaxtilə Ağdam "Cümə" məscidindən verilmiş tarixi azan yenidən səsləndirilib.

Tədbirə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, cəbhəyanı rayonlarının icra başçıları və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində cəbhə boyu azanların bərpası digər məscidlərdə də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti