...

Xarkov vilayətində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 16:24 (UTC +04:00)
Xarkov vilayətində yaşayan bir sıra xalqların diaspor rəhbərlərinin, yerli icra hakimiyyəti nümayəndələrinin və KİV təmsilçilərinin iştirakı ilə Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib.
Xarkov vilayətində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Xarkov vilayətində yaşayan bir sıra xalqların diaspor rəhbərlərinin, yerli icra hakimiyyəti nümayəndələrinin və KİV təmsilçilərinin iştirakı ilə Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasov ermənilərin son 2 əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasəti haqqında ətraflı məlumat verib. O, Ermənistan sillahlı qüvvələrinin 21 il bundan öncə Xocalı şəhərində törətdikləri kütləvi qırğınları qəddarlıq baxımından bəşər tarixinin ən amansız salnaməsi kimi səciyyələndirib.

Mərasimdə diaspor fəallarından Xaliq Əzizov, Amil Abdullayev, Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayət təşkilatının sədri Asim Uğurluyev, Konqresin Poltava vilayət təşkilatının sədri Telman Mahmudov çıxış edərək, ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, təcavüz nəticəsində 1 milyondan çox insanın oz döğma yurd yerlərindən didərgin salınmasından danışıblar.

Onlar bildiriblər ki, bununla bağlı BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, erməni qəsbkarları hələ də işğalçılıq siyasətini davam etdirir. Sonra mərasımə qatılanlar Xocalı soyqrımı filminə baxmaqla ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış olublar. Xocalıda baş verənləri insanlığa yönəlmiş bəşəri cinayət adlandıran Gürcü Cəmiyyətinin sədri Zurab Kiriya, Xarkov Gənclər Təşkilatının təmsilçisi Vladimir Deyev və bir sıra xalqların diaspor nümayəndələri Xocalı faciəsini 20-ci əsrin ən amansız soyqırım aktı adlandırıblar.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıb. O, dünya birliyinin və beynəlxalq təşkilatların ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım siyasətinə gec-tez hüquqi siyasi qiymət verəcəklərinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti