...

Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 16:18 (UTC +04:00)
Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilib. Trend-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, Dağlıq Qarabağ məsələsi bu bölgənin ən önəmli problemidir.
Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (ilk xəbər 15:44-də yayılıb)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilib. Trend-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, Dağlıq Qarabağ məsələsi bu bölgənin ən önəmli problemidir.

"Dağlıq Qarabağ probleminin həlli Azərbaycan üçün nə dərəcə önəmli məsələdirsə, Türkiyə üçün də eyni dərəcədə önəmlidir, Kipr məsələsi qədər önəm verilən problemdir", - səfir deyib.

Diplomatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ən vəhşi dönəmi Xocalıda olub.

"Bu münaqişənin, müharibənin ən vəhşi hadisəsi Xocalıda olub. Beynəlxalq təşkilatlar bu məsələni təcili həll etməlidirlər. BMT TŞ-nin qərarlarında göstərildiyi kimi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir", - səfir deyib.

O qeyd edib ki, Türkiyənin bir çox yerlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov çıxışında deyib ki, Türkiyənin istənilən şəhərinin Xocalı faciəsini soyqırım kimi qəbul etməsi dünyanın tanıması kimi bir şeydir, çünki burada bir səmimiyyət var.

"Bizim bir yolumuz var: inkişaf etmək, güclənmək, heç kimdən əskik olmadığımızı sübut etməkdir. Xocalı soyqırımı ilə bağlı mübarizə kompleks şəkildə aparılmalıdır. Bunsuz mümkün deyil. Xocalı faciəsi ilə bağlı bundan sonra nə işlər görüləcəksə, dövlətimizin ideoloji nəzarət altındadır. Deyilənlər bu gün eşidilmirsə də, sabah mütləq eşidiləcək", - Cəfərov bildirib.

Deputat hesab edir ki, Türkiyə bu məsələdə daha sərt olsa, yaxşı olar. Çünki Türkiyə son illər dünyada sözü eşidilən ölkələrdən biridir.

Tədbirdə TRT-nin hazırladığı "Hayellerim vardı..." sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti