...

Xocalı şəhidlərinin xatirəsi Gəncədə də anılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2013 01:35 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Gəncə şəhərində də anılacaq. Gəncədə faciənin 21-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçiriləcək.
Xocalı şəhidlərinin xatirəsi Gəncədə də anılacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Gəncə şəhərində də anılacaq. Gəncədə faciənin 21-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçiriləcək.

Tədbirlər planına əsasən idarə, müəssisə və təşkilatlarda anım tədbirləri təşkil ediləcək. Fevralın 26-da ali və orta məktəblərdə birinci dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan Xocalılarla görüşlər təşkil ediləcək. Məktəblilərin hazırladıqları kompozisiyalara tamaşa olunacaq. Soyqırımın tarixi, erməni vandallarının vəhşilikləri bir daha xocalılar tərəfindən yada salınacaq.

Qaçqınkomun Gəncə şəhər üzrə nümayəndəsi Süleyman Abbasov bildirib ki, onlara müəyyən yardımlar göstərilir və müxtəlif tədbirlərlə Xocalı hadisələri yad olunur. "Hacıkənd qəsəbəsində Xocalıdan olan 24 şəhid ailəsi məskunlaşıb. 4 şəhid ailəsi Gəncədə 1 saylı peşə liseyinin yataqxanasında, 14 şəhid ailəsi isə Nizami rayonu ərazisində Quş südü deyilən ərazidə 3 yataqxanada məskunlaşıb", - o deyib.

26 fevral tarixində Xocalı şəhidləri üçün ehsan süfrəsi də açılacaq. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan onlara rəhmət dilənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti