...

Vilnüsdə "Sonu olmayan dəhliz" filminin təqdimatı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 12:41 (UTC +04:00)
Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük kinoteatrı “Forume Cinema Vingis” mərkəzində “Sonu olmayan dəhliz” filminin təqdimatı keçirilib.
Vilnüsdə "Sonu olmayan dəhliz" filminin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük kinoteatrı "Forume Cinema Vingis" mərkəzində "Sonu olmayan dəhliz" filminin təqdimatı keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan təqdimatda Litvanın dövlət və siyasət xadimləri, millət vəkilləri, məşhur prodüser mərkəzlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, gənclər təşkilatlarının liderləri, jurnalistlər iştirak ediblər. 400 nəfərdən çox iştirakçının olduğu tədbirdə filmin prodüseri Andrius Brokas, rejisoru Mindauqas Urbanaviçius "Sonu olmayan dəhliz" filmini Avropanın bir çox ölkələrindən olan kinematoqrafçıların birgə səyi ilə dörd il ərzində ərsəyə gətirdiklərini qeyd ediblər.

Təqdimat mərasiminə xüsusi dəvət olunmuş filmin iştirakçıları Litva, İngiltərə, Rusiya, Ermənistan və Azərbaycan jurnalist və hüquq müdafiəçiləri filmin nümayişindən öncə çıxış ediblər.

Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görən litvalı hərbi jurnalist Riçardas Lapaitis təəssüratlarını bölüşüb.

Sonra "Sonu olmayan dəhliz" filmi nümayiş olunub.

Litvanın sabiq xarici işlər naziri millət vəkili Audronius Ajubalis, Litva Seymində Azərbaycanla dostluq qrupun rəhbəri deputat Yuras Pojela, Litvanın Xarici və Daxili işlər, Müdafiə nazirliklərinin nümayəndələri, eləcə də digər qonaqlar səfir Həsən Məmmədzadə ilə söhbətlərində insanlığa sığmayan bu vəhşiliklərdən dərindən təsirləndiklərini bildiriblər.

Səfir Həsən Məmmədzadə Xocalı faciəsinə yaxın gələcəkdə ədalətli qiymət veriləcəyinə, qətliamı törədənlərin layiqli cəzalarını çəkəcəklərinə inandığını qeyd edib, Litvanın da bir çox ölkələr kimi Xocalı soyqırımını tanıyacağına ümid etdiyini bildirib.

Tədbir barədə Litvanın nüfuzlu KİV-də - Delfi.lt, 15min.lt, Alfa.lt, Penki.lt informasiya agentliklərində yazı və məqalələr dərc olunub. Penki TV televiziyası "Endless corrisdor - Dağlıq Qarabağ dramı" adlı xüsusi veriliş hazırlayıb, səfir Həsən Məmmədzadənin müsahibəsini yayımlayıb.

"Sonu olmayan dəhliz" filmi mart ayında keçiriləcək 18-ci Vilnüs beynəlxalq kino festivalında "Bahar kinosu" çərçivəsində iki dəfə nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti