...

Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 13:00 (UTC +04:00)
1992-ci il fevralın 26-da baş vermiş və tarixə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri kimi düşmüş Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda yad edilib.
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İsabalayeva/

1992-ci il fevralın 26-da baş vermiş və tarixə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri kimi düşmüş Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda yad edilib.

İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən şərqşünas alimlər Xocalı faciəsinin həqiqətlərinin bütün dünyaya çatdırılması sahəsində fəallığın vacibliyindən danışıblar.

Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayın hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərini zəbt etməsi, ermənilərin törətdikləri görünməmiş vəhşiliklər nəticəsində dinc Xocalı sakinlərindən 613 nəfər şəhid olub. Onların 106-sı qadın, 63-ü uşaq olub. Faciə nəticəsində 487 nəfərin şikəst qaldığı, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1275 nəfərin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldığı qeyd edilib.

Xocalı faciəsinin ağır nəticələri barədə danışan institut əməkdaşları bu hadisələrin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti