...

Danimarkada Xocalı soyqırımı qurbanları etiraz aksiyası ilə anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 14:35 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Danimarkada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Kopenhagenin mərkəzi meydanı "Radhusplads"da etiraz mitinqi keçiriblər.
Danimarkada Xocalı soyqırımı qurbanları etiraz aksiyası ilə anılıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Kopenhagendə Xocalı soyqırımı qurbanları etiraz aksiyası ilə anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Danimarkada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Kopenhagenin mərkəzi meydanı "Radhusplads"da etiraz mitinqi keçiriblər.

Aksiyada azərbaycanlılara dəstək olaraq türk və türkmən cəmiyyətləri də iştirak ediblər. İngilis dilində hazırlanmış Xocalı soyqrımını əks etdirən transporantlar və plakatlar danimarkalılar və şəhərin qonaqlarının diqqətini çəkib.

Aksiyada Xocalı qətliamından bəhs edən kitab, broşür, buklet və vərəqələr paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti