...

ABŞ KİV: Xocalı kampaniyası Dağlıq Qarabağ münaqişəsindən zərərçəkənlərn problemlərinə diqqəti artırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 12:09 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş faciənin 21 illiyinə həsr olunmuş kampaniya münaqişə nəticəsində öz yerlərindən didərgin düşmüş şəxslərin problemlərinə diqqəti artırır.
ABŞ KİV: Xocalı kampaniyası Dağlıq Qarabağ münaqişəsindən zərərçəkənlərn problemlərinə diqqəti artırır

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş faciənin 21 illiyinə həsr olunmuş kampaniya münaqişə nəticəsində öz yerlərindən didərgin düşmüş şəxslərin problemlərinə diqqəti artırır. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Herald Online" dərgisində dərc olunmuş məlumatda deyilir.

Qəzet qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlı öz evlərini tərk etməyə məcbur olublar.

Hökumət Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş şəxlərə yardım məqsədilə BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

"Bütün beynəlxalq siyasətçilər bu faciəni xatırlamalıdırlar", - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Azərbaycan-Amerika Alyansı tərəfindən Vaşinqtonda, Kolumbiya dairəsində, Nyu-Yorkda hazırda Xocalı həqiqətlərinin beynəlxalq aləmə çatdırılması məqsədilə tədbirlər keçirilir.

Kampaniya fevralın 18-dən etibarən Xocalı həqiqətlərinin ABŞ vətəndaşlarına çatırılması məqsədilə bir neçə multimedia layihələrinin işə salınması ilə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti