...

Qazaxıstanın Aktau şəhərində fevral ayı "Xocalı ayı" elan edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 10:56 (UTC +04:00)
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu və həmin ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclər tərəfindən İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində 2013-cü ilin fevral ayı "Xocalı ayı" elan edilib.
Qazaxıstanın Aktau şəhərində fevral ayı "Xocalı ayı" elan edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu və həmin ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclər tərəfindən İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində 2013-cü ilin fevral ayı "Xocalı ayı" elan edilib.

Konsuluğun mətbuat katibliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kampaniyanın məqsədi 21 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım hadisəsini dünya ictimaiyyətinə çatdırmaqdır.

"Xocalı ayı" çərçivəsində Baş konsulluq tərəfindən Aktau şəhərində yaşayan və rep üslubunda oxuyan azərbaycanlı gənc musiqiçilər arasında "Xocalı soyqırımı" mövzusunda yazılmış musiqi layihələrinin dəstəklənməsi həyata keçirilib.

Sözləri gənc soydaşımız Elşən Mehdiyev tərəfindən yazılmış və müəllif tərəfindən ifa edilən "Biz Xocalıya ədalət tələb edirik" (rus dilində), İlkin Şıxverdiyev tərəfindən yazılmış (sözləri də ona aiddir) və Royal Quliyev ilə birgə ifa olunan "Soyqırım" mahnılarının studiyalarda yazılması və səsləndirilməsinə Baş konsulluq hərtərəfli yardım göstərib.

Mahnılar www.yotube.com saytında yerləşdirilib.

http://youtu.be/w7oXeUGk-Mc

http://youtu.be/XwoIFtO4NUc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti