...

Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri "TRT Ərəb" telekanalına Xocalı soyqırımı ilə bağlı müsahibə verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 16:50 (UTC +04:00)
Trend İnformasiya Agentliyinin Ərəb xəbərlər xidmətinin rəhbəri Rufiz Hafizoğlu Türkiyənin ərəbcə yayımlanan "TRT Ərəb" telekanalına Xocalı soyqırımı ilə bağlı müsahibə verib.
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri "TRT Ərəb" telekanalına Xocalı soyqırımı ilə bağlı müsahibə verib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir A.Tağıyeva/

Trend İnformasiya Agentliyinin Ərəb xəbərlər xidmətinin rəhbəri Rufiz Hafizoğlu Türkiyənin ərəbcə yayımlanan "TRT Ərəb" telekanalına Xocalı soyqırımı ilə bağlı müsahibə verib.

Hafizoğlu Xocalı soyqırımından 21 il ötməsinə baxmayaraq, faciənin unudulmadığını bildirib və faciənin anım mərasiminin təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin dünyanın bir çox ölkələrində qeyd edildiyini bildirib.

Hafizoğlunun sözlərinə görə, Xocalı soyqırımını törədənlərin hələ də azadlıqda olması təəssüf doğurur.

"Xocalı faciəsinin səbəbkarları gec-tez məhkəmə qarşısında cavab verəcəklər. Bu, Azərbaycanın haqq davasıdır və şübhəsiz ki, Azərbaycan öz haqlı mövqeyində qalib gələcək", - o deyib.

Hafizoğlu müsahibəsində xatırladıb ki, erməni hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.

O qeyd edib ki, dünya ölkələri, o cümlədən İslam dünyası bu məsələyə ciddi yanaşmalı, Xocalı qətliamının soyqırım kimi tanınması üçün səylərini birləşdirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti