...

Dağlıq Qarabağın separatçı rejiminin fəaliyyətinə dair təxribat xarakterli məqalə Rusiya agentliyinin saytından çıxarılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 18:00 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş ərazilərində separatçı rejimin fəaliyyəti haqqında faktları təhrif edən məqalə Rusiyanın "RİA Novosti" dövlət informasiya agentliyinin saytından çıxarılıb.
Dağlıq Qarabağın separatçı rejiminin fəaliyyətinə dair təxribat xarakterli məqalə Rusiya agentliyinin saytından çıxarılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın işğal edilmiş ərazilərində separatçı rejimin fəaliyyəti haqqında faktları təhrif edən məqalə Rusiyanın "RİA Novosti" dövlət informasiya agentliyinin saytından çıxarılıb.

Trend-in məlumatına görə, Vadim Dubnovun "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" başlıqlı məqaləsi fevralın 26-da agentliyin saytından çıxarılıb.

Qeyd edək ki, Azərbaycan XİN bununla bağlı Rusiya səfirinə etiraz notası təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti