...

Rusiyanın bir sıra vilayətlərində Xocalı faciəsinin qurbanları anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 18:06 (UTC +04:00)
Xocalı soyqırımının 21-ci ildönümünü Rusiyada yaşayan soydaşlarımız xatirə gecələri ilə qeyd ediblər.
Rusiyanın bir sıra vilayətlərində Xocalı faciəsinin qurbanları anılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı soyqırımının 21-ci ildönümünü Rusiyada yaşayan soydaşlarımız xatirə gecələri ilə qeyd ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının bir çox vilayət və şəhərlərində Azərbaycan diaspor təşkilatları Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil ediblər.

Qonşu ölkənin Stavropol, Amur, Ryazan, Perm, Murmansk, Kostroma, Kira, Voronej vilayətlərində, Xantı-Mansiysk Muxtar Diyarında, Çuvaş Respublikasında keçirilən tədbirlərdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştirakçılara o məsum gecədə - 1992-ci fevralın 25-dən 26-na keçən gecə yaşananlar haqqında məlumat verilib, Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər pislənib.

Həmin vilayətlərdə baş tutan tədbirlərdə Xocalı həqiqətlərini əks etdirən sənədli və bədii filmlər nümayiş etdirilib. Anım mərasimlərində yerli hakimiyyət nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar, iş adamları, gənclər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti