...

Erməni silahlı bölmələrinin gecə “fəal”lığı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2013 09:56 (UTC +04:00)
Erməni silahlı bölmələri cəbhə xəttində mövqelərimizi hər gün atəşə tutmaqda davam edir.
Erməni silahlı bölmələrinin gecə “fəal”lığı davam edir

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri cəbhə xəttində mövqelərimizi hər gün atəşə tutmaqda davam edir.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti