...

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Böyük Britaniya Baş nazirinə petisiya ünvanlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2013 16:04 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Böyük Britaniyanın Baş nazirinə ünvanlanmış petisiyanın imzalanması kampaniyasına (http://teas.eu/az/khojaly) başlayıb.
Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Böyük Britaniya Baş nazirinə petisiya ünvanlanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Avropa Azərbaycan Cəmiyyəti (AAC) Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Böyük Britaniyanın Baş nazirinə ünvanlanmış petisiyanın imzalanması kampaniyasına (http://teas.eu/az/khojaly) başlayıb.

Trend AAC-nin rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında yerləşdirilmiş (http://epetitions.direct.gov.uk/petitions/45878) petisiyada Baş nazir Devid Kemerondan Xocalı soyqırımı və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən bəyanatın verməsi istənilir.

Petisiya Böyük Britaniya vətəndaşları və rezidentlər üçün imzalanmaya açıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti