...

Xələf Xələfov: Bosniya və Herseqovina parlamentinin qətnaməsi Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində çox əhəmiyyətli addımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2013 13:14 (UTC +04:00)
26 fevral 2013-cü il tarixində Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatası tərəfindən qəbul olunmuş qətnamə Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq miqyasda tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addım olub.
Xələf Xələfov: Bosniya və Herseqovina parlamentinin qətnaməsi Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində çox əhəmiyyətli addımdır

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

26 fevral 2013-cü il tarixində Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatası tərəfindən qəbul olunmuş qətnamə Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq miqyasda tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addım olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Biz Xocalı qətliamının beynəlxalq miqyasda tanınmasını faciə qurbanlarına münasibətdə ədalətə verilən qiymət kimi dəyərləndirir və bir sıra ölkələrin parlamentlərinin, xüsusilə, Bosniya və Herseqovina parlamentinin Xocalının azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi qırğını tanıyan və qınayan qərarını yüksək qiymətləndiririk", - Xələfov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Xocalı qətliamının tanınması və qınanması istiqamətində beynəlxalq həmrəyliyə əsaslanan səylərin davam edəcəyinə inanır və hesab edir ki, belə səylər insanlığa qarşı bu qəbildən olan dəhşətli cinayətlərin təkrar olunmamasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti