...

Böyük Britaniyada azərbaycanlı qaçqın və məcburi köçkünlərə dair afişa kampaniyası başlayıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2013 17:48 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyada azərbaycanlı qaçqın və məcburi köçkünlərə dair afişa kampaniyasına başlayıb.
Böyük Britaniyada azərbaycanlı qaçqın və məcburi köçkünlərə dair afişa kampaniyası başlayıb (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyada azərbaycanlı qaçqın və məcburi köçkünlərə dair afişa kampaniyasına başlayıb.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, kampaniya İngiltərə və Uelsin dəmiryol stansiyalarında başlayıb.

Kampaniyanın məqsədi bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini həmin ölkələrin ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatına dair ümummilli afişa kampaniyasından ilk afişa Xocalı faciəsi qurbanlarına həsr olunub.

Bu afişada Xocalı qətliamından xilas ola bilmiş Mahirə xanım və faciədən sonra valideynləri ilə birgə qaçqın düşərgəsində yaşamış on yaşlı Nəzrin əks olunub. Fotolar tanınmış fotoqraf Filip Ratmer tərəfindən çəkilib.

Afişada Xocalı faciəsini törədənləri qınaması və Ermənistanın işğalı nəticəsində qaçqın olmuş azərbaycanlıların öz evlərinə qayıtmasının təmin olunmasına kömək etməsi üçün Britaniya Baş nazırinə ünvanlanmış petisiyanı imzalamaq üçün Britaniya ictimaiyyətinə müraciət edilir.

AAC tərəfindən Britaniya hökumətinin saytında yerləşdirilən bu petisiya Britaniya vətəndaşları və rezidentlər üçün imzalanmaya açıqdır.

Afişa kampaniyasına münasibət bildirən AAC direktoru Lionel Zetter bidirib ki, Azərbaycanla Ermənistan arasındakı bu münaqişə bəzən "dondurulmuş münaqişə" kimi təqdim olunur, amma "təmas xətti"ndə atışma hər gün baş verir.

"İyirmi ildən artıq müddət ərzində öz evlərinə və doğma torpaqlarına qayıtmalarının qarşısı alınmış qaçqınlar və məcburi köçkünlərə də göz yumulur. Bu afişa kampaniyası hamıya münaqişənin davam etdiyini və qurbanların hələ də əzab çəkdiyini xatırlatmaq üçün atılmış bir addımdır. Artıq bu çıxılmaz vəziyyəti aradan qaldırmaq lazımdır ki, bu insanlar öz evlərinə qayıda bilsinlər", - Zetter deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti