...

İndoneziya Parlamentinin sədri Xocalı soyqırımının tanınması üçün müraciətə ilk olaraq özü imza atıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2013 14:35 (UTC +04:00)
İndoneziya Respublikasının Parlamentinin sədri Marzuki Əli Xocalı soyqırımının tanınması üçün hazırlanmış müraciətə ilk olaraq özü imza atıb.
İndoneziya Parlamentinin sədri Xocalı soyqırımının tanınması üçün müraciətə ilk olaraq özü imza atıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.Mehdiyev/

İndoneziya Respublikasının Parlamentinin sədri Marzuki Əli Xocalı soyqırımının tanınması üçün hazırlanmış müraciətə ilk olaraq özü imza atıb.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, İndoneziyanın Prezidenti Susilo Bambang Yudhoyono və Parlamentin sədri Marzuki Əliyə təqdim olunması üçün hazırlanmış İndoneziya Parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına dair müraciətə ilk olaraq Marzuki Əli özü imzalayıb.

Daha sonra müraciəti imzalayanların siyahısı "Nahdlatul Ulama" QHT-nin sədri Prof. Səid Aqil Siracın imzası və digər iştirakçıların adları ilə davam edib.

Müraciəti imzalamış çoxsaylı nüfuzlu şəxslərdən əlavə bu siyahıda 30 nəfərdən artıq müxtəlif partiyaları təmsil edən parlament üzvlərinin adları da mövcuddur. Müraciətə imza atmiş parlament üzvlərinin sayının mart ayının sonuna qədər 100 (yüz) nəfərə çatdırılması və müvafiq yüksək ünvanlara təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, dünyanın ən böyük QHT-si - "Nahdlatul Ulama" (NU) və İndoneziya Universitetinin birgə təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) iştirakı ilə İndoneziya Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

Tədbirdə İndoneziya Parlamentinin sədri Marzuki Əli və digər üzvləri, ictimai xadimlər, müxtəlif din və elm xadimləri, universitetin professorları,Azərbaycan diasporunun nümayəndələri, müəllim və tələbə heyətləri, həmçinin İndoneziyada fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri və digər nümayəndələr iştirak edib.

Tədbirin əsas məqsədi Xocalı soyqırımının anım mərasimi olmaqla yanaşı, 2012-ci ilin yanvar ayında İndoneziyanın Palembang şəhərində İƏT Parlamentlər İttifaqının toplantısı zamanı qəbul olunmuş "15-PE/7-CONF" saylı, üzv ölkələrinin parlamentlərini Xocalı soyqırımını tanımağa çağıran qətnamənin tətbiq olunmasına təkan verməkdən ibarət idi.

Bütün çıxış edənlər, o cümlədən Parlamentin sədri açıq və birmənalı şəkildə Dağlıq Qarabağın məhz Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğala uğradığını, habelə Azərbaycan torpaqlarının işğalı əsnasında Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı törədildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti