...

Liviyada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2013 16:36 (UTC +04:00)
Liviya İnsan Hüquqları Fondu Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
Liviyada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.Mehdiyev/

Liviya İnsan Hüquqları Fondu Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycanın Liviyadakı səfirliyindən verilən məlumata əsasən, bəyanatda bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən olan, 1992-ci il fevralın 26-da Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı erməni silahlə qüvvələri tərəfindən törədilmiş amansız və təcavüzkar cinayət əməli qınanıb və kəskin pislənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti