...

İsveçrədə nəşr olunan qəzet Xocalı soyqırımına həsr olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2013 12:44 (UTC +04:00)
İsveçrə Konfederasiyasında fəaliyyət göstərən İsveçrə-Azərbaycan Türk Cəmiyyəti tərəfındən nəşr olunan aylıq "DOST" qəzetinin fevral buraxılışı Xocalı soyqırımının 21 -ci ildönümünə həsr olunub.
İsveçrədə nəşr olunan qəzet Xocalı soyqırımına həsr olunub (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend/

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən İsveçrə-Azərbaycan Türk Cəmiyyəti tərəfindən nəşr olunan aylıq "DOST" qəzetinin fevral buraxılışı Xocalı soyqırımının 21 -ci ildönümünə həsr olunub.

Trend-in məlumatına görə, qəzetdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və xüsusilə də Xocalı faciəsi ilə bağlı alman, ingilis və fransız dillərində geniş məlumatlar verilmiş və bəşəriyyət tarixinin qanlı və ən dəhşətli faciələrindən biri olan bu hadisə barədə fotoşəkillər dərc olunmuşdur.

Qəzetin Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatlarının geniş işıqlandırıldığı fevral buraxılışında, xalqımızın yaddaşına yazılmış və heç bir zaman silinməyəcək Xocalı soyqırımı ilə bağlı Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimlərinin müsahibələrinə də yer verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti