...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2013 20:16 (UTC +04:00)
ATƏT Minsk qrupunun həmsədrlərinin iştirakı ilə aprelin 4-5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək.
ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend/

ATƏT Minsk qrupunun həmsədrlərinin iştirakı ilə aprelin 4-5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək. Bu barədə Trend "Armenia Today"ə istinadən məlumat verir.

Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin rəhbərliyi altında keçiriləcək.

Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğal olunan ərazilərdən Azərbaycan tərəfə piyada keçəcəkləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti