...

Politoloq: Ermənistan Azərbaycanla sərhədini minasızlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2013 16:45 (UTC +04:00)
Ermənistan Azərbaycanla sərhədini minasızlaşdırır. Bu minasızlaşdırma prosesini ABŞ-ın layihəsi əsasında Ermənistan Müdafiə Nazirliyi reallaşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq: Ermənistan Azərbaycanla sərhədini minasızlaşdırır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

Ermənistan Azərbaycanla sərhədini minasızlaşdırır. Bu minasızlaşdırma prosesini ABŞ-ın layihəsi əsasında Ermənistan Müdafiə Nazirliyi reallaşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"ABŞ bu addımı atmaqla Azərbaycanla Ermənistan arasında hərbi məsələlərlə əlaqəli etimadı möhkəmləndirmək istəyir. Eləcə də erməni əhalisində Azərbaycan hərbi ilə bağlı olan qorxunu aradan qaldırmaq istəyir. Buradan üç maraqlı nəticə çıxır. Birincisi, ABŞ vəziyyəti ciddi şəkildə öz nəzarəti altına götürür. Eyni zamanda, Ermənistan Rusiya qoşunları tərəfindən nəzarət olunmayan sərhədinin ABŞ tərəfdən nəzarət olunmasına razılıq verib. Ermənistan-Gürcüstan sərhədi də belədir. Həmin sərhəd ərazisi də Rusiya tərəfindən nəzarət olunmur, ABŞ və Aİ bu sərhəd ərazisində xeyli layihələr reallaşdırıblar. Hətta gömrük və sərhəd strukturları Aİ-nin və ABŞ-ın ayırdığı maliyyə əsasında yenidən qurulub və funksiyalaşır. Digər tərəfdən, Azərbaycan ABŞ-ın Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində aparılan işlərdən xəbərdardır və bəlkə də bu işlər Azərbaycanla razılaşdırılmış şəkildə aparılır", - politoloq qeyd edib.

Əhmədoğlu hesab edir ki, Ermənistanın iki vətəndaşının Tavuş rayonu (Ermənistan) istiqamətində sərhədi keçərək Azərbaycan Respublikasına gəlməsindən dərhal sonra Azərbaycan tərəfinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həmin şəxsləri Ermənistana qaytarması kifayət qədər ciddi hadisədir.

"İlk dəfədir ki, Azərbaycan bu şəxslərin nə niyyətə sərhədi keçməsini yoxlamadan dərhal geri qaytarılması məsələsini qaldırdı və dərhal Ermənistan tərəfi vətəndaşlarına sahib çıxdı. Bu məsələ Ermənistanda ajiotaj yaratmadı", - politoloq qeyd edib.

Onun sözlərinə görə, müdafiə naziri Ermənistan-Azərbaycan sərhədinin minasızlaşdırılması ilə məşğul olduğu bir vaxtda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycanın Ermənistanla sərhədinə hərbi texnika yığdığı, aktivləşməsi barədə məlumat yaydı.

"Bu, müdafiə naziri ilə ölkə rəhbərliyi arasında, eləcə də Müdafiə Nazirliyində müxtəlif qruplaşmalar arasında ciddi narazılığın daha bir əlamətidir. Prezidentliyə eks-namizəd Raffi Ovannisyanın Qarabağda hərbçilərlə görüşü prezidentlə müdafiə naziri arasında narazılığı üzə çıxartdı", - politoloq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti