...

ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttindən işğal olunmuş Ağdərə istiqamətinə keçiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2013 16:13 (UTC +04:00)
ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb.
ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttindən işğal olunmuş Ağdərə istiqamətinə keçiblər

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçiblər.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

Aprelin 5-də isə həmsədrlər təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti