...

"Washington Times": ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox şey edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2013 18:12 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox şey edə bilər. Trend-in məlumatına görə, bu barədə politoloq, "Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi Aleksandros Petersenin "Washington Times" qəzetinin saytında yerləşdirilən məqaləsində deyilir.
"Washington Times": ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox şey edə bilər

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox şey edə bilər. Trend-in məlumatına görə, bu barədə politoloq, "Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi Aleksandros Petersenin "Washington Times" qəzetinin saytında yerləşdirilən məqaləsində deyilir.

Müəllifin yazdığına görə, ötən ayın sonunda ABŞ dövlət katibi Con Kerri Ermənistan Prezidentinə göndərdiyi məktubda bildirib ki, ABŞ münaqişədə status-kvonun saxlanılmasından məmnun ola bilməz.

Məqalədə qeyd edilir ki, münaqişənin nizamlanması ABŞ-ın marağındadır, çünki münaqişə istənilən an ətrafa yayıla və İrandan şimala və Türkiyədə NATO sərhədlərindək olan ərazidə qeyri-sabitlik yarada bilər.

Müəllifin qənaətincə, münaqişənin ocağı, həmçinin Xəzərdən Avropaya gedən dünyanın ən vacib enerji arteriyalarının birinin bilavasitə yaxınlığında yerləşir.

"ABŞ Rusiya və İran arasında Qafqaz regionu vasitəsilə boru kəmərləri və nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməyə on illərlə vaxt itirib. Gələcəkdə münaqişənin təkrarən qızışması, həmçinin Əfqanıstandan qoşunların çıxarılması planını təhlükə altında qoya bilər", - Petersen deyib.

Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa, Rusiyadır. Müəllifin fikrincə, münaqişənin indiyədək həll edilməməsinin əsas səbəblərindən biri odur ki, oyunçulardan biri münaqişənin uzadılmasında maraqlıdır.

Petersen qeyd edib ki, Rusiya Ermənistanın yaxın müttəfiqidir və Qafqazda hərbi qüvvələrə dəstək göstərilməsində dərin strateji maraqları var. Məqalədə deyilir ki, Rusiya Ermənistan ərazisində hərbi bazalarını saxlayır, Rusiya qoşunları Ermənistanın sərhədlərini qoruyur, bu ölkənin firmaları isə enerji sektoru daxil olmaqla Ermənistan iqtisadiyyatının böyük hissəsinə nəzarət edir.

Müəllifin fikrincə, dövlət katibi Kerri üçün münaqişə ilə tanışlıq ABŞ-a Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı strategiyasını hazırlamağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti