...

Cəbhə xəttində keçirilən monitorinq insidensiz ötüşdü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2013 17:17 (UTC +04:00)
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqlər insidentsiz başa çatıb.
Cəbhə xəttində keçirilən monitorinq insidensiz ötüşdü

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində keçirilən monitorinq insidensiz ötüşüb.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqlər insidentsiz başa çatıb.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçiblər.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi keçiriblər.

Minsk qrupunun həmsədrləri təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti