...

Mübariz Əhmədoğlu: Saakyanın davranışı Lefortun Dağlıq Qarabağa ilk səfəri üzərində ciddi düşünməsinə əsas yaratdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2013 14:29 (UTC +04:00)
Qondarma "Dağlıq Qarabağ respublikası"nın liderləri Bako Saakyanın davranışı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa ilk səfəri üzərində ciddi düşünməsinə əsas yaratdı.
Mübariz Əhmədoğlu: Saakyanın davranışı Lefortun Dağlıq Qarabağa ilk səfəri üzərində ciddi düşünməsinə əsas yaratdı

Azərbaycan, Bakı, 8 aprel / Trend müxbir M.Əliyev/

Qondarma "Dağlıq Qarabağ respublikası"nın liderləri Bako Saakyanın davranışı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa ilk səfəri üzərində ciddi düşünməsinə əsas yaratdı.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Saakyanın münaqişənin tənzimlənməsində mövqeyində olan son dəyişikliklər erməni separatizminin güclənməsinə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ tənzimlənməsindən yayınmasına şərait yaradır. Avropa İttifaqı öz təmsilçisinin Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qeyd-şərtsiz buraxılmasını həm Azərbaycana, həm də Ermənistana tövsiyə edir. Vaxtilə Dağlıq Qarabağda, eləcə də ətraf 7 rayonda yaşamış azərbaycanlılar indi orada yaşamırlar", - o deyib.

Politoloq bildirib ki, Lefortun Dağlıq Qarabağa və ətraf rayonlarına səfəri azərbaycanlılarla təmas baxımından heç nəyi dəyişməyəcək.

"Ona görə Dağlıq Qarabağa və ətraf rayonlara F.Lefortun səfəri yalnız ermənilərlə təmas formatında keçiriləcəkdir. Lefortun Dağlıq Qarabağda azərbaycanlılarla görüşməsi çox yaxşı olardı. İndiki halda bu mümkün deyilsə, bu və ya digər formada Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşlərə xüsusi forma və intensivlik verməklə nisbi kompensasiyaya nail olmaq mümkündür. Aİ-nin Dağlıq Qarabağ layihəsində ən böyük qüsurlardan biri Dağlıq Qarabağın indiki vəziyyətini təsbit etməkdən yayınmasıdır. Aİ-nin Azərbaycandakı nümayəndəsi R.Kobia Dağlıq Qarabağı və ətraf rayonları "işğal olunmuş Azərbaycan əraziləri" hesab edir. Dağlıq Qarabağa və ətraf rayonlara aid edilən "işğal olunmuş ərazilər" termini Aİ-nin sənədlərində və F.Lefortun mövqeyində də təsbit olunmalıdır", - Əhmədoğlu deyib.

Politoloq vurğulayıb ki, qondarma qurumun "prezidenti" Saakyan qalan Azərbaycanın ərazisindən keçib işğal olunmuş ərazilərinə getmiş ATƏT MQ həmsədrləri ilə görüşmədi. "Bundan təxminən 15 gün qabaq Ermənistan ərazisindən gələn həmin həmsədrləri isə qəbul etmişdi. Vasitəçiləri Dağlıq Qarabağın ərazisinə demək olar ki, buraxmadılar. Bu, Dağlıq Qarabağa səfər etmək istəyən Aİ-nin xüsusi nümayəndəsi Lefort üçün mühüm hadisə olmalıdır. F.Lefortun Dağlıq Qarabağa ilk səfəri Ermənistan ərazisindən baş tutacaqsa, ermənilər bunu Dağlıq Qarabağın tanınmasına Aİ-nin dəstəyi kimi təqdim edəcəklər. Sonra isə qalan Azərbaycan ərazilərindən Dağlıq Qarabağa getmək istəyərkən F.Lefortla görüşməyəcəklər. Ona görə F.Lefort Dağlıq Qarabağa ilk səfərinin mahiyyətini başa düşməlidir. Ən yaxşı variant Dağlıq Qarabağ erməniləri ilə azərbaycanlılar arasında dialoqun bünövrəsinin Aİ-nin Brüsseldəki ofisində qoyulmasıdır. Bu iki icma arasında dialoq davamlılıq əldə etdikdən sonra Dağlıq Qarabağın ərazisində davam etdirilə bilər", - Əhmədoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti